image-netanyahu-biden-ve-harris-ile-gorustubackend

ABŞ-dan İsrailə 30 gün: Bəzi hərbi yardımlar kəsilə bilər

ABŞ İsrail administrasiyasına göndərdiyi məktubda Qəzza zolağında humanitar şəraitin yaxşılaşdırılmadığı təqdirdə bəzi hərbi yardımların kəsilə biləcəyi barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, ABŞ İsrailə Qəzza zolağında humanitar şəraiti yaxşılaşdırmaq üçün xəbərdarlıq edib.
Oktyabrın 13-də İsrail administrasiyasına göndərdiyi məktubda ABŞ Qəzza zolağında humanitar şərait yaxşılaşdırılmasa, bəzi hərbi yardımların kəsilə biləcəyi barədə xəbərdarlıq edib . ABŞ dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Ostinin İsrailin müdafiə naziri Yoav Gallant və İsrailin strateji işlər naziri Ron Dermerə göndərdiyi birgə məktubda onlar İsraildən 30 gün ərzində ölkədə humanitar şəraitin yaxşılaşdırılması üçün addımlar atmasını tələb ediblər. Blinken və Ostin məktubda, “Sentyabr ayında Qəzzaya daxil olan yardımın miqdarı keçən ilin istənilən ayı ilə müqayisədə ən aşağı idi. “İsrail indidən 30 gün ərzində bizə verdiyi təminatlara uyğun olaraq pisləşən humanitar vəziyyəti aradan qaldırmaq üçün konkret tədbirlər görməlidir” ,- deyib.
Məktubda sözügedən tədbirlərin görülməməsi halında ABŞ qanunlarına uyğun olaraq İsrailə silah tədarükünün mənfi təsir göstərə biləcəyi ifadə edilərək, 350 yardım maşınının Qəzza zolağına dörd yoldan girməsinə icazə verilməsi tələb edilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki