image-macron-2backend

Makron: “Netanyahu unutmamalıdır ki, onun ölkəsi BMT-nin qərarı ilə yaradılıb”

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya “ölkəsinin BMT-nin qərarı ilə qurulduğunu” xatırladıb və Qəzza və Livana hücumları kontekstində İsrail hökumətini bu qərarlara əməl etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Fransa mətbuatında çıxan xəbərlərə görə , Makron kabinet iclasında İsraili BMT qətnamələrinə əməl etməyə çağırıb.
BMT-nin 29 noyabr 1947-ci ildə İsrailin Fələstin torpaqlarında qurulmasına yol açan qərarına toxunan Makron, “Cənab Netanyahu, ölkəsinin BMT qərarı ilə qurulduğunu unutmamalıdır”, – deyib.
Makron İsrail hökumətinə Livan və Qəzzaya hücumları kontekstində deyib: “Bu, BMT qətnamələrinə məhəl qoymamaq vaxtı deyil”.
İsrail Baş nazirinin dəftərxanasından verilən yazılı açıqlamada Makronun açıqlamasına reaksiya verilib.
İsrailin BMT qərarı ilə qurulmadığı iddia edilən bəyanatda deyilir: “Fransa prezidentinə xatırlatma: İsrail dövlətini quran BMT qərarı deyil, qəhrəman döyüşçülərin qanı ilə əldə edilən qələbədir. Bu döyüşçülərin əksəriyyəti Holokostdan sağ çıxanlar idi.” O cümlədən, Vişi rejimindən sağ qalanlar ifadələrdən istifadə edilmişdir.
Bəyanatda həmçinin BMT-nin “bir çox antisemit” qərarlar qəbul etdiyi və bu qərarların məqsədinin “İsrailin varlıq və özünümüdafiə haqqını inkar etmək” olduğu iddia edilib.
Makron və Netanyahu arasında İsrailə silah embarqosunun tətbiqi ilə bağlı da gərginlik yaşanıb. Makron İsrailin Qəzzaya hücumlarında istifadə edəcəyi silahların daşınmasını dayandırmağa çağırıb. Netanyahu isə Makronun İrana qarşı “sivilizasiya” uğrunda mübarizə apardığını əsas gətirərək, onun açıqlamalarına reaksiya verib və Qərb liderlərinin İsrailə silah embarqosu çağırışlarını “utanc verici” adlandırıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki