Fransada sağ mərkəzçi azlıq hökuməti etimad səsi ala bilmədikdən sonra süqut etdi.
Bu gün Fransada baş nazir Mişel Barnierin azlıq hökumətinə qarşı etimadsızlıq səsverməsi keçirilib.
Elchi.az xəbər verir ki, Parlamentdə 2025-ci il büdcəsinin müzakirəsi zamanı ifrat sağçılarla fikir ayrılığı nəticəsində baş nazir Mişel Barnierin hökuməti Milli Assambleyada keçirilən səsvermədə etimad səsi ala bilməyib, çöküb.
Bu qərar Fransada siyasi vəziyyəti daha da gərginləşdirib və hökumət böhranını dərinləşdirib.
Barnierin qısa zamanda özünün və hökumətin istefasını prezident Makrona təqdim edəcəyi gözlənilir.
Bildirilib ki, “24 saat ərzində Barnierin yerinə baş nazir təyin etmək istədiyini” bildirən Makron dekabrın 5-də yerli vaxtla saat 20:00-da ictimaiyyətə müraciət edəcək.
Baş nazir Barnierin büdcə kəsirini azaltmaq üçün 60 milyard avro qənaət etməyi hədəfləyən və ictimai reaksiyalara səbəb olan büdcə planının bir hissəsini yekun səsvermə olmadan parlamentdən keçmək üçün xüsusi konstitusiya səlahiyyətlərindən istifadə etməyi seçdiyi zaman etimad səsverməsi gündəmə gəldi.
Solçu ittifaq Yeni Xalq Cəbhəsi (NFP), eləcə də ifrat sağçılar hökumətin 2025-ci il büdcəsi ilə bağlı razılaşa bilmədikləri bu son addımına reaksiya olaraq iki fərqli etimadsızlıq təklifi təqdim ediblər. NFP alyansının 185 deputatı parlamentə etimadsızlıq təklifi təqdim etdiyi halda, Milli Birliyin (MN) ümumilikdə 140 deputatı onun tərəfdarları ilə birlikdə öz vəsatətini təqdim edib.
Barnier bu vəzifəyə 3 ay əvvəl Fransa prezidenti Emmanuel Makron tərəfindən təyin edilib.
Fransada 1962-ci ildən bəri ilk dəfə hökumət etimad səsi ala bilmədi.
Nuranə Məmmədova