Fransanın daxili işlər naziri Gerald Darmanin dənizkənarı La Grande-Motte kurortunda sinaqoqun yaxınlığında partlayış baş verdiyini və hadisənin “yandırma cəhdi” olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, bu gün Fransanın cənubundakı Herault şəhərinin La Grande Motte bölgəsində sinaqoqun qarşısında partlayış baş verib.
Daxili işlər naziri Gerald Darmanin deyib: “Bu səhər La Grande Motte sinaqoqunda açıq-aşkar cinayət törətməyə cəhd edilib. “Yəhudi vətəndaşlarımıza və bələdiyyəyə hərtərəfli dəstəyimi göstərmək və Prezidentin tələbi ilə cinayətkarı tapmaq üçün bütün vasitələr səfərbər olunur” deyib.
Fransız mətbuatında yer alan xəbərlərə görə, partlayış La Grande-Motte şəhərindəki Beth Yaacov sinaqoqunun qarşısında iki avtomobilin yandırılması nəticəsində baş verib və səlahiyyətlilər avtomobillərdən birində qaz balonunun tapıldığını açıqlayıb.
Şayəstə Hüseynova