image-fransa-sicak-hava-afp-1859530_1backend

Ötən il Fransada 3000-dən çox insan həddindən artıq istilərdən ölüb

Fransada 2024-cü ildə həddindən artıq istilər səbəbindən 3711 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Fransa Xalq Sağlamlığı Agentliyinin açıqladığı məlumatlara görə, keçən il həddindən artıq istilər səbəbindən ölənlərin dörddə üçü 75 və daha yuxarı yaşlı insanlardır.
Ölkədə 2024-cü ildə həddindən artıq istilər səbəbindən 3711 nəfər həyatını itirib.
Digər tərəfdən, 17 mindən çox insana təcili tibbi yardım göstərilib, 10 mindən çox insan isə istiliklə bağlı hipertermiya, susuzluq və hiponatremi kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.
2024-cü ilin yayı Fransada rekord həddə səkkizinci ən isti yay oldu.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki