image-769a8c84-dff9-35e2-b9ff-356bc9d9259f_850backend

İran XİN başçısı: Trampın yazdığı məktub ərəb dövləti vasitəsilə İrana veriləcək

ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə ünvanlandığı məktubu ərəb dövləti vasitəsilə Tehrana çatdırılacaq.

Elchi.az “İran İnternational”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi təfərrüata varmadan bildirib.

Onun sözlərinə görə, məktub yazılsa da, Tehrana hələ çatmayıb.

Bildirək ki, ABŞ lideri müsahibəsində Seyid Əli Xaməneiyə martın 5-də məktub göndərdiyini demişdi.

İranın xarici işlər naziri Abbas Ərakçi isə həmin məktubu almadıqlarını qeyd etmişdi.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki