İsrail ordusunun Qəzza zolağının Xan Yunus şəhərində köçkün dinc sakinlərin yaşadığı məktəbə hücumu nəticəsində azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb.
Beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq Fələstində qətliamlarını davam etdirən İsrail Qəzza zolağında məcburi köçkün vətəndaşları növbəti dəfə hədəfə alıb.
Elchi.az xəbər verir ki, yerli rəsmilərdən əldə edilən məlumata görə, İsrail ordusu Xan Yunus şəhərində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatına (UNRWA) aid məktəbə hücum edib.
Hücum nəticəsində aralarında uşaqların da olduğu azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb.
Yaralıların Qəzza zolağındakı xəstəxanalara aparıldığı bildirilib. Hücumdan sonrakı dəhşət anları həvəskar kameralara düşüb.
Nuranə Məmmədova