HƏMAS 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına etdiyi hücumlarla “İsrailin məqsədlərinə çata bilmədiklərini və yalnız bəşəriyyəti utandıran müharibə cinayətləri törətməyə müvəffəq olduğunu” açıqlayıb.
Elchi.az xəbər verir ki, Həmas İsrailin Qəzzada sabah səhər qüvvəyə minəcək atəşkəs və əsir mübadiləsi razılaşmasını təsdiqləməsi ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda “İsrailin hücumları ilə məqsədlərinə çatmaqda yeganə uğurunun bəşəriyyəti utandıran hərbi cinayətlər törətməsi” ifadə edilib.
HƏMAS-ın bəyanatında aşağıdakı ifadələr yer alıb:
“Əqsa tufanı Fələstin xalqının birliyini və qalibiyyətli müqavimətini təcəssüm etdirdi. O, düşmənin təkəbbürünü məhv etdi və bizi işğalın sonuna və azadlığa aparan yolun sonuna yaxınlaşdırdı”.
“İsrailin baş naziri Benyamin Netanyahunun müharibəni uzatmaq və daha çox qırğın törətmək cəhdlərinə baxmayaraq, biz İsraili xalqımıza qarşı hücumlarını dayandırmağa və onu geri çəkilməyə məcbur etdik”.
İsrailin soyqırımına müqavimət göstərən fələstinlilərin qanının hədər getməyəcəyi və tükənməyəcəyi vurğulanan bəyanatda, “İsrail liderləri və əsgərləri nə qədər uzun sürsə də təqib ediləcək və mühakimə olunacaqlar” qeyd edilib.
Açıqlamada, hazırda görüləcək vəzifənin fələstinlilərin yaralarını sağaltmaq, sığınacaq, yemək kimi əsas ehtiyaclarını həll etmək olduğu vurğulanıb.
İsrail Təhlükəsizlik Kabineti və daha sonra Nazirlər Şurası Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasını təsdiqləyib.
Nuranə Məmmədova