2024-cü ildə Azərbaycanda istehsalçılar balın 1 kiloqramının orta satış qiyməti 28,6 manata satıblar.
Elchi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,8 manat və ya 10,8 % çoxdur.
Mumun satış qiyməti 3,7 % və ya 0,6 manat artaraq 16,5 manat, vərəmumun satış qiyməti 12,8 % və ya 12,5 manat artaraq 109,7 manat, güləmin qiyməti 6,1 % və ya 8,2 manat artaraq 140,9 manata çatıb.
Bundan başqa, ötən il arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub ki, bu da bir il əvvələ nisbətən 16,6 % və ya 1 manat çoxdur.