Kreml Ciddədə ABŞ və Ukrayna arasında aparılan danışıqların nəticələrinə əsasən, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı mövzusunun yarana biləcəyini istisna etmir.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz həmçinin ən yüksək səviyyədə telefon danışığı mövzusunun yarana biləcəyini istisna etmirik. Əgər belə bir ehtiyac yaranarsa, telefon danışığı çox tez təşkil ediləcək. Amerikalılarla dialoq üçün mövcud kanallar bunu kifayət qədər qısa müddətdə etməyə imkan verir”, – o bildirib.