image-bf168a9f-6841-342e-ab6b-8ce6b755f4f9_850backend

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 18-də əlavə qatar reysləri təyin edir.

Elchi.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd edilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki