Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “fürer Ursula” adlandırıb.
Elchi.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Ukrayna rejimi konstitusiyaya NATO üzvlüyünü daxil edəndə, eyni zamanda milli azlıqlara təminat verəndə vəziyyət dəyişdi. Onlar bəyan ediblər ki, NATO və Aİ Ukraynanın gələcəyidir.
Onlar bu barədə ilk dəfə danışmağa başlayanda Avropa İttifaqı hələ də müəyyən iqtisadi birləşmə görünüşünü saxlayırdı, lakin indi o, bu xüsusiyyətini tamamilə itirib”, – rusiyalı nazir amerikalı bloggerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində bildirib.
“Fürer Ursula hamını Avropanın remilitarizasiyası üçün səfərbər edir”, – Lavrov bildirib.
Rusiya xarici işlər nazirinin qeyd etdiyi kimi, söhbət “bir qədər inanılmaz məbləğdən” gedir. “Çoxları hesab edir ki, bu, ictimaiyyəti COVID-19 epidemiyası ilə mübarizə və Ukraynaya yardım zamanı lazımi audit aparılmadan xərclənən onlarla və yüzlərlə milyard avrodan yayındırmaq üçün bir hiylədir. Bütün bunlar hazırda müzakirə olunur”, – Lavrov vurğulayıb.
Yeganə