image-sekilbackend

İsrailin Livana hücumlarında ölənlərin sayı 2 min 710-a yüksəlib

İsrail ordusunun Livana hücumlarında həyatını itirənlərin sayı 2 min 710-a yüksəlib.
Elchi.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkənin bir çox bölgəsində hava hücumlarını davam etdirdiyi qeyd edilib.
Açıqlamada İsrailin dünən ölkəyə etdiyi hücumlarda 38 nəfərin öldüyü, 124 nəfərin yaralandığı, İsrail ordusunun Livana hücumları nəticəsində həyatını itirənlərin sayının bazar gününə qədər 2710 nəfərə çatdığı bildirilib.
Açıqlamada İsrailin hücumlarında dünənə qədər yaralananların sayının 12 min 592-yə yüksəldiyi bildirilib.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 486 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki