İsrail ordusunun Bəəlbək şəhəri və ətrafdakı bəzi kəndlərə hücumla hədələməsindən sonra bölgə əhalisi şəhəri tərk etməyə başlayıb.
Elchi.az xəbər verir ki, İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında Bəəlbək şəhəri və bəzi ətraf kəndlər də daxil olmaqla böyük bir əraziyə yeni hücumla hədələyib.
Bəəlbək şəhəri və ətrafdakı bəzi kəndləri göstərən xəritəni paylaşan Adraee, orada olduğunu iddia etdiyi “Hizbullah hədəfləri”nə hücum ediləcəyini bildirib.
Baalbek şəhəri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir
İsrailin sentyabrın 23-dən hücumlar həyata keçirdiyi Bəəlbək şəhəri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına salınıb.
Hücumlar 3000 illik Bəəlbək şəhərini təhdid edərkən, oktyabrın 28-də İsrail ordusunun Bekaa vadisi və Bəəlbəkə həyata keçirdiyi hava hücumlarında ən azı 60 nəfər həyatını itirib.
Türkmənlərin yaşadığı kənd də hücum təhlükəsi altındadır
Digər tərəfdən İsrail ordusu sözçüsü Adraee tərəfindən nəşr olunan xəritədə türkmənlərin yaşadığı Duris də boşaldılması tələb edilən bölgələr arasında yer alır.
Nuranə Məmmədova