Hizbullah İsraili Livanın cənubundakı əraziləri beynəlxalq səviyyədə qadağan olunmuş kaset bombaları ilə vurmağa davam etməkdə ittiham edir.
Elchi.az xəbər verir ki, Hizbullahın Media Əlaqələri İdarəsi verdiyi yazılı açıqlamada, İsrailin Livanın cənubundakı Nəbatiyə vilayətində kaset bombaları ilə bəzi nöqtələri vurduğunu açıqlayıb.
Açıqlamada, “Kaset bombalarının vurduğu ərazilər arasında Donuzlar Vadisi, Deyr Siryan və İlman qəsəbələri arasındakı Hillet Rac bölgəsi və Əl-Ahraş marşrutu üzərindəki Alman qəsəbəsi var” , – deyə bildirilib.
Bəyanatda beynəlxalq insan haqları və humanitar yardım təşkilatlarından İsrailin cinayət və hücumlarını, xüsusən də mülki şəxslərə uzunmüddətli mənfi təsirləri səbəbilə pisləməyə çağırılıb.
Hizbullah oktyabrın 13-də verdiyi bəyanatda İsrailin Livanın cənubundakı Hanin və Tayri qəsəbələri arasındakı ərazini istifadəsinin beynəlxalq razılaşmalarla qadağan edilən kaset bombaları ilə vurduğunu açıqlayıb.
Nuranə Məmmədova