image-thumbs_b_c_e97d8f7626cb31d4ea00bf3834736da0backend

Blinken İsrailin Qəzzanın bəzi bölgələrindən çəkilməyə razılaşdığını açıqlayıb

ABŞ dövlət katibi Blinken İsrailin HƏMAS ilə davam edən atəşkəs danışıqları çərçivəsində Qəzzanın bəzi bölgələrindən çəkilməyə razılaşdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Blinken İsrail və HƏMAS arasında davam edən atəşkəs danışıqları çərçivəsində İsrailin bəzi bölgələrdən qoşunlarını çəkməyə razı olduğunu açıqlayıb.
Bayden – Netanyahu görüşü
Ağ Ev ABŞ prezidenti Bayden və İsrail baş naziri Netanyahu arasında telefon danışığı ilə bağlı yazılı açıqlama verib.
“Prezident atəşkəs və məhbusların azad edilməsi sazişinin başa çatdırılmasının təcili olduğunu vurğuladı və qalan maneələrin aradan qaldırılması üçün Qahirədə keçiriləcək danışıqları qiymətləndirdi”, – deyə məlumatda bildirilir.
ABŞ-ın İrana və İranın dəstəklədiyi təşkilatlara qarşı İsrailə hərbi dəstəyini davam etdirəcəyini qeyd edən Bayden, Netanyahu ilə Amerikanın bölgədəki hərbi varlığı ilə bağlı son vəziyyəti də dəyərləndirib.
İsrail və Həmas arasında 15-16 avqust tarixlərində Qətərin paytaxtı Dohada Qəzzada əsir mübadiləsi və atəşkəs üçün danışıqlar aparılıb.
HƏMAS bəyan edib ki, İsrail baş naziri Netanyahu ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda yeni şərtlər irəli sürərək razılığa gəlməyə mane olub.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 480-i uşaq, 10 min 980-i qadın olmaqla 40 min 223 fələstinli ölüb, 92 min 981 nəfər yaralanıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki