İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana qarşı həyata keçirdiyi hücumlarda ölənlərin sayı 3 min 243-ə, yaralıların sayı isə 14 min 134-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin hücumlarında ölənlərlə bağlı məlumat verilib.
İsrail ordusunun dünən Livanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 54 nəfərin öldüyü, 56 nəfərin yaralandığı qeyd edilib.
Açıqlamada, İsrailin 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana hücumlarında ölənlərin sayının 3 min 243-ə, yaralıların sayının isə 14 min 134-ə yüksəldiyi bildirilib.
2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.
İsrail ordusu sentyabrın 30-da Livanın cənubundakı Hizbullahın infrastrukturuna qarşı “məhdud və intensiv” qurudan hücumlara başladığını bildirib.
İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.
Nuranə Məmmədova