image-thumbs_b_c_41cf5bfe2bba3f00e0d0f8f7e59ef7ebbackend

İsraildən Livanın cənubuna hücum: 4 tibb işçisi öldü

İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumda daha 4 tibb işçisinin həlak olduğu bildirilib.
Elchi.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrail ordusunun Cənub vilayətinin Sur rayonunun Derdağıyya qəsəbəsində İslam Sağlamlıq Təşkilatının qruplarını hədəf aldığı bildirilib.
Hücum zamanı İslam Sağlamlıq Təşkilatının 4 ilk yardım işçisinin həyatını itirdiyi bildirilib.
İsrail ordusunun Surun Sela qəsəbəsində eyni quruma məxsus avtomobilə hücum etdiyi, hücum nəticəsində avtomobilin yandığı, ancaq içəridəki səhiyyə işçilərinin möcüzə nəticəsində sağ qaldığı qeyd edilib.
Belə ki, İsrailin hücumlarında həyatını itirən tibb işçilərinin sayının 178-ə, hədəfə alınan avtomobillərin sayının isə 246-ya yüksəldiyi qeyd edilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki