İsrailin müdafiə naziri Yoav Gallant deyib: “Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq.
Elchi.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant İsrailin Hizbullaha qarşı müharibənin yeni mərhələsinə başlayacağını açıqlayıb.
Sərhəddəki əsgərləri də ziyarət edən Gallant bu açıqlamaları verib:
“Qüvvələr şimal sərhədindəki 188-ci briqada döyüşçüləri ilə birlikdə “Hizbullah”ı güclə vurmağa hazırdır. Məqsədimiz bəllidir, şimalda yaşayanları öz evlərinə qaytarmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”.
Nuranə Məmmədova