image-1739780921855-putin-trump-zelenskibackend

Ukrayna atəşkəsi qəbul etdi! Bəs Putin nə deyəcək?

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlardan sonra verilən ortaq açıqlamaya görə, Ukrayna ABŞ-ın “müvəqqəti və dərhal 30 günlük atəşkəs” təklifini qəbul etməyə hazır olduğunu bildirib. Bəs Putin atəşkəsi qəbul edəcəkmi? Bu barədə Rusiyadan açıqlama verilib.
Elchi.az xəbər verir ki, ABŞ və Ukrayna Xarici İşlər nazirlikləri Ciddə danışıqlarından sonra ortaq yazılı açıqlama yayıb.
Açıqlamaya görə, Ukrayna tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən və Rusiya tərəfindən eyni vaxtda həyata keçirilməli olan 30 günlük müvəqqəti atəşkəsin dərhal həyata keçirilməsi ilə bağlı ABŞ-ın təklifini qəbul etməyə hazır olduğunu bildirib.
Eyni bəyanatda ABŞ-ın Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldıracağı və Ukraynaya təhlükəsizlik yardımını bərpa edəcəyi vurğulanıb.
RUSİYADAN BƏYANAT
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rusiya ilə bağlı Ukrayna ilə bağlı xəbərlər ABŞ və ya Ukraynadan deyil, Moskvadan gələcək” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki