image-17backend

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib 

Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.

Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Hakim Badri Koçlamazaşvili hökmü oxuyub. Məhkəmə Saakaşvilinin keçmiş təhlükəsizlik rəhbəri Teymuraz Canaşiyanı da təqsirli bilib, lakin o, cəmi 3000 lari (1000 dollardan çox) məbləğində cərimələnib.

Saakaşvili hökmün elan edilməsində iştirak etməyib və videokonfrans vasitəsilə də iştirak etməyib. Hakimin sözlərinə görə, sabiq prezident səhhəti ilə əlaqədar iclasda iştirak etmək istəməyib. Hökm məhkəmə zalında Saakaşvilinin tərəfdarlarının narazılığına səbəb olub və məhkəmə icraçıları onları çıxarmalı olub.

Saakaşvili 2014-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunub.

Baş Prokurorluğun məlumatına görə, bu vəsaitin əhəmiyyətli hissəsi 2009-2012-ci illər arasında siyasətçinin şəxsi ehtiyaclarına, xüsusən də “xarici aşpazların, masajçıların, kosmetoloqların və dizaynerlərin xidmətlərinə”, o cümlədən dəbdəbəli əşyaların alınmasına, yaxtaların və təyyarələrin icarəyə götürülməsinə, xarici səfərlər zamanı təyyarələrin icarəsinə xərclənib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki