ABŞ-ın San-Fransisko Kaliforniya Universitetinin (UCSF) tədqiqatçıları iflic xəstəsinə yalnız zehninin gücündən istifadə edərək robot qolunu idarə etməyə imkan verib.
Elchi.az xəbər verir ki, Süni intellektlə işləyən beyin-kompüter interfeysi (BCI) sayəsində xəstə əlini hərəkət etdirən kimi düşündüyü zaman robot qolu obyektləri tutub qaldıraraq fikirlərini reallığa çevirib.
Bu sistem əvvəlki texnologiyalardan fərqli olaraq yeddi ay fasiləsiz işləməyi bacarıb. Əvvəllər bu cür cihazlar ən çox bir neçə gün ərzində fəaliyyətini dayandırırdı.
Beyin-kompüter interfeysi necə işləyir?
İnsult keçirən xəstənin beyninə düşüncə siqnallarını təyin edən kiçik sensorlar yerləşdirilib. Xəstə əlini hərəkət etdirdiyini təsəvvür etdikdə, sensorlar bu beyin siqnallarını götürdü.
Süni intellekt bu siqnalları emal etdi və robot qolunun hərəkət etməsini təmin etdi. Əvvəlcə hərəkətlər aydın olmadığı üçün xəstə əvvəlcə virtual robot qolunda məşq etdi.
Təlimdən sonra o, əsl robot qolunu dəqiq idarə edə bilib. Bu yolla xəstə: əşyaları tutmaq və qaldırmaq, şkafı açmaq və stəkan almaq, stəkanı su dispenserinə tutaraq doldurmağı bacarıb.
İflicli insanlar üçün böyük ümid
Araşdırmaya rəhbərlik edən Dr. Karunesh Ganguly sistemin zamanla daha da inkişaf etdiriləcəyini və xəstələrin evlərində istifadəsinə veriləcəyini bildirdi.
Bu texnologiya iflic olan insanlar üçün yemək, su içmək və hətta gündəlik işlərini təkbaşına yerinə yetirmək üçün inqilabi bir addım ola bilər. Qanquli bu barədə kifayət qədər nikbindir:
“Biz indi bu sistemin necə işlədiyini bilirik və həqiqətən də onun işləyəcəyinə inanıram.”
Sadəcə düşüncə gücü ilə hərəkət edə bilən protezlər iflic olan insanlar üçün artıq xəyal deyil!
Şayəstə Hüseynova