image-iha-5backend

İsrail 5 min kamikadze dron alacaq

İsrail ordusu 5 min kamikadze pilotsuz uçan aparat (PUA) almağa hazırlaşarkən, Qəzza zolağına hücumlar səbəbilə tətbiq edilən beynəlxalq silah embarqoları qarşısında yerli istehsal tenderdə nəzərdə tutulub.
Elchi.az xəbər verir ki, “Haaretz” qəzetinin məlumatına görə, İsrail Müdafiə Nazirliyi ordunun döyüş qabiliyyətini gücləndirmək məqsədilə 5 min ədəd FPV kamikadze PUA- nın alınması üçün tender açıb.
İsrail ordusunun Qəzzaya hücumları səbəbindən beynəlxalq silah embarqolarına cavab olaraq tenderi qazanan şirkətdən yerli istehsal xətti yaratması tələb edilib.
Nazirliyin ötən ay 5 min kamikadze PUA-nın alınması üçün tender açdığı və indiyədək Xtend, Dronix və Tehiru da daxil olmaqla 25 İsrail şirkətinin təkliflər təqdim etdiyi bildirilib.
Bildirilib ki, Kamikadze PUA-ları 10 kilometr uçuş məsafəsi, səkkiz dəqiqəlik uçuş müddəti və 2,5 kiloqram partlayıcı yük daşıma qabiliyyətinə malik olacaq.
Məlumatda qeyd olunub ki, İsrail ordusu bundan əvvəl də Qəzza zolağı, Livan və İordan çayının qərb sahilinə hücumlarda FVP kamikadze PUA-larından istifadə edib.
Qiyməti bir neçə yüz və bir neçə min dollar arasında olan nisbətən kiçik kamikadze dronlar evdə hazırlanmış partlayıcıları daşıya və milyonlarla dollar dəyərində tanklara və silah sistemlərinə zərər verə bilər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki