image-50backend

Şolts Ciddə müqavilələri haqqında: Putindən asılıdır… 

Almaniya kansleri Olaf Şolts Ciddədə əldə olunan atəşkəs təklifini alqışlasa da, qalan işin Vladimir Putindən asılı olduğunu vurğulayıb.

Elchi.az xəbər verir ki, Şolts öz reaksiyasını “X” sosial şəbəkəsində yazıb.

Almaniya hökumətinin başçısı vurğulayıb ki, 30 günlük atəşkəs ideyası Ukrayna üçün ədalətli sülhə nail olmaq üçün mühüm və düzgün addımdır.

“Biz Ukrayna və ABŞ-ı dəstəkləyirik və Ciddənin təkliflərini alqışlayırıq. İndi məsələ Putinə çatıb”, – Olaf Şolts bildirib.

Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşün nəticəsində Ukrayna Rusiyanın da həmin addımı atacağı təqdirdə dərhal 30 günlük atəşkəs tətbiq etməyə razılaşıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki