image-yunan-basini-itiraf-etti-blinkendan-turkiye-talimati-17417889875253_1backend

Yunan mətbuatı etiraf etdi: Blinkenin Türkiyəyə təlimatı!

Yunan mətbuatı Ukrayna-Rusiya müharibəsində Türkiyənin beynəlxalq arenada balanslı siyasəti və müstəqil mövqeyi ilə, Yunanıstanın isə ABŞ-ın təzyiqi ilə hərəkət etdiyini bildirib. Hesabatda Blinkenin Türkiyənin regional güc kimi yüksəlişinə göz yuman bir siyasət izlədiyi iddia edilərək, Vaşinqton rəhbərliyinin Türkiyəyə verdiyi dolayı dəstəyin vurğulandığı bildirilib.
Elchi.az  xəbər verir ki, Yunanıstanda çıxan “Pentapostagma” qəzeti ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinkenin Yunanıstan hökumətinə təzyiq etdiyini etiraf edib.
Bildirilib ki, Blinken təkcə daxili siyasətdə deyil, həm də Türkiyəyə münasibətdə Afina rəhbərliyinə rəhbərlik edib.
Hesabatda Blinkenin Egeydəki gərginlikdə Türkiyəyə sərbəst keçidin təmin edilməsi, “Mavi Vətən” siyasəti qarşısında zəif qalması və Yunanıstanın milli təhlükəsizliyi üçün lazımi dəstəyin verilməməsi kimi mövzularda təsirli olduğu vurğulanıb. Xüsusilə ABŞ ilə imzalanan müdafiə sazişindən sonra Yunanıstanın heç bir konkret təminat almadan Türkiyə qarşısında tək qaldığı bildirilib.
Yunan mətbuatı Ukrayna-Rusiya müharibəsində Türkiyənin beynəlxalq arenada balanslı siyasəti və müstəqil mövqeyi ilə, Yunanıstanın isə ABŞ-ın təzyiqi ilə hərəkət etdiyini bildirib. Hesabatda Blinkenin Türkiyənin regional güc kimi yüksəlişinə göz yuman bir siyasət izlədiyi iddia edilərək, Vaşinqton rəhbərliyinin Türkiyəyə verdiyi dolayı dəstəyin vurğulandığı bildirilib.
“Pentapostagma” Blinkenin Afinaya daxili siyasətdə də təzyiq etdiyini etiraf etdiyini də yazıb. Xüsusilə eynicinsli evlilik qanun layihəsinin parlamentdə qəbul edilməsi üçün Mitsotakis hökumətinə birbaşa təzyiqlər edildiyi açıqlandı.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki