image-52backend

AK: Avropa İttifaqı həmişə Ukraynada sülhü dəstəkləyib 

Avropa Komissiyası (AK) Ciddə danışıqları fonunda bəyan edib ki, Avropa İttifaqı Ukrayna ilə bağlı heç vaxt hərbi mövqe tutmayıb və həmişə sülhü dəstəkləyib.

Elchi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo bildirib.

Brifinq zamanı jurnalistlər Səudiyyə Ərəbistanında Vaşinqton və Kiyev arasında aparılan danışıqlardan sonra Brüsselin Ukrayna ilə bağlı mövqeyini dəyişmək niyyətində olub-olmadığını soruşublar.

“Mən çox açıq olmaq istəyirəm, biz sülhsevər mövqe tuturuq, ədalətli sülhü dəstəkləyirik”,-Pinyo bildirib.

Aİ Xarici Xidmətinin nümayəndəsi Anitta Hipper, öz növbəsində, Avropa diplomatiyasının rəhbəri Kay Kallasın Ukraynaya “milyarlarla avro dəyərində” müxtəlif silahların tədarükü ilə bağlı hərbi təşəbbüsünün qüvvədə olduğunu vurğuladı. Hipper bu təklifin Aİ ölkələri tərəfindən müzakirə ediləcəyini təsdiqləyib.

Bundan əvvəl Almaniya kansleri Olaf Şoltsun Səudiyyə Ərəbistanında aparılan danışıqlarda ABŞ-ın təklif etdiyi Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəklədiyi bildirilib. O qeyd edib ki, bu, sülh yolunda mühüm və düzgün addımdır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki