image-yapay-kalp-2341101_1backend

Avstraliyalı xəstə süni ürəklə 100 gün sağ qalıb

Avstraliyada ürək çatışmazlığı diaqnozu qoyulan xəstə tam süni ürək transplantasiyası ilə 100 gün sağ qalaraq dünya tibb tarixində yeni bir çığır açıb. Sidneydə aparılan uğurlu əməliyyatdan sonra xəstə donordan real ürək transplantasiyası ilə sağlamlığına qovuşdu.
Elchi.az xəbər verir ki, Queensland əsilli Dr. Daniel Timms tərəfindən hazırlanmış BiVACOR süni ürək dünyanın ilk implantasiya edilə bilən fırlanan qan pompasıdır. Maqnit levitasiya texnologiyası ilə işləyən cihaz sağlam insan ürəyinin təbii qan axınını təqlid edir.
Orqan donorluğuna alternativ ola bilərmi?
BiVACOR xüsusi olaraq inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr üçün körpü terapiyası kimi hazırlanmışdır. Dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığından əziyyət çəkir, lakin yalnız 6000 insan uyğun donor ürək tapır. Avstraliya hökuməti süni ürək texnologiyasının inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramına start verib.
BiVACOR-un uzunmüddətli məqsədi xəstələrin donor ürək transplantasiyasına ehtiyac olmadan bu cihazla uzun illər yaşamasını təmin etməkdir.
Əməliyyat necə aparıldı?
Avstraliyanın Yeni Cənubi Uels əyalətində yaşayan və kimliyi açıqlanmayan 40 yaşlarında olan xəstəyə 2024-cü ilin noyabrında Sidneydəki St Vinsent xəstəxanasında altı saatlıq əməliyyat nəticəsində süni ürək nəqli edilib.
Əvvəllər texnologiya ABŞ-da ən çox 27 gün ərzində donor ürək nəqli alan beş xəstə üzərində sınaqdan keçirilmişdi. Ancaq Avstraliyada bir xəstə tamamilə süni ürəklə 100 gün sağ qalaraq rekord qırdı.
Xəstə fevral ayında xəstəxanadan buraxılıb və uyğun donor ürək tapıldıqdan sonra mart ayında uğurlu transplantasiya əməliyyatı keçirilib.
“Tibb tarixində dönüş nöqtəsi”
Əməliyyatı həyata keçirən cərrah Prof. Paul Jansz bu tibbi nailiyyəti “illərdir üzərində çalışdıqları bir xəyalın reallaşması” kimi təsvir edərkən, Prof. Chris Hayward BiVACOR-un ürək çatışmazlığının müalicəsində beynəlxalq inqilab yaradacağını vurğuladı.
Süni ürəklər gələcəkdə orqan donorluğundan asılılığı azaltmaqla milyonlarla insanın həyatını xilas edə bilərmi? Bu sualın cavabını yaxın illərdə görəcəyik.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki