ABŞ Hökumətinin Səmərəliliyin Təkmilləşdirilməsi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarına məxfi sənədlərin və kadr məlumatlarının məhv edilməsi əmrini cinayət adlandırıb.
Elchi.az xəbər verir ki, X sosial şəbəkəsində xəbəri şərh edən Mask “Siqnalları məhv etmək cinayətdir” yazıb.
“The New York Times” daha əvvəl xəbər vermişdi ki, USAID-in yüksək səviyyəli rəsmisi agentliyə məxfi sənədləri və işçi məlumatlarını ehtiva edən seyfləri kağızları parçalamaq və ya yandırma torbalarına qoymaqla boşaltmağı tapşırdı.
Yeganə