Federal hakim, gələn həftə Luiziana ştatında həyata keçirilməsi planlaşdırılan azot qazından istifadə edilən edamı dayandırmaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, ABŞ Dairə Məhkəməsinin hakimi Şelli Dik martın 18-də məhbus Jessie Hoffman Jr-ın azot qazı ilə edam edilməsinin qarşısını alan ilkin qərar çıxarıb.
Dik öz qərarında vurğuladı ki, azot qazı ilə hipoksiyanın induksiyası ABŞ Konstitusiyasına Səkkizinci Düzəliş əsasında “qəddar və qeyri-adi cəza” təşkil edir.
Digər tərəfdən, Luiziana Baş prokuroru Liz Murrill, ştatın dərhal qərara etiraz edəcəyini açıqladı.
Bu, Luizianada son 15 ildə həyata keçirilən ilk edam olacaq.
Hoffman fevral ayında ştata qarşı məhkəmə iddiası qaldıraraq edamın dayandırılmasını istəyib. Hoffmanın vəkilləri keçən həftə keçirilən dinləmələrdə azot qazından istifadənin ABŞ Konstitusiyasına görə “qəddar” olduğunu iddia etdilər.
Şayəstə Hüseynova