image-netanyahu_637568503121124544backend

Netanyahu: “Mən daha çox ərəb ölkəsi ilə sülh bağlamağı hədəfləyirəm”

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına və Livana edilən hücumların sona çatmasından sonra daha çox ərəb ölkəsi ilə sülh müqaviləsi imzalamaq istədiyini ifadə edərək, “Daha çox ərəb ölkəsi ilə sülh bağlamağı hədəfləyirəm” – deyib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Netanyahu , İsrail parlamentində (Knesset) çıxışında oktyabrın 26-da İrana qarşı hava hücumu ilə bağlı açıqlamalar verib.
İrana hava hücumunun hərtərəfli olduğunu iddia edən Netanyahu Tehranın bölgədəki vəkil qüvvələrinin hücumu dəf edə bilmədiklərini müdafiə edib.
İsrailin uzunmüddətli strategiyasının “İranın şər oxunu ortadan qaldırmaq” olduğunu ifadə edən Netanyahu bu məqsədlərdən əl çəkməyəcəklərini bildirib.
Netanyahu çıxışında daha çox ərəb ölkəsi ilə sülh müqaviləsi imzalamaq istədiyini də bildirib. Netanyahu dedi:
“Həmas artıq Qəzzaya nəzarət etmədiyi və Hizbullahın şimal sərhədimizdə mövcud olmadığı bir gün sonra bu iki cəbhəni sabitləşdirmək planları üzərində işləyirik. Ancaq ertəsi gün başqa çox vacib bir şey var. Mən bir neçə il əvvəl tarixi İbrahim Sazişlərinin imzalanmasına səbəb olduğum prosesi davam etdirmək və daha çox ərəb ölkəsi ilə sülh əldə etmək məqsədi daşıyıram. Bu və digər ölkələr bizə hücum edənlərə, İranın şər oxuna vurduğumuz zərbələri açıq-aydın görürlər. “Onlar da bizim kimi sabit, təhlükəsiz və firavan Yaxın Şərq istəyirlər”.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki