ABŞ-da ördək fermasında ilk dəfə olaraq quş qripinə H5N9 tipli yoluxma halı aşkar edilib. Təsərrüfatda 119 min ev quşu məhv edilib.
Elchi.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının hesabatına görə, Kaliforniya ştatının Mersed dairəsindəki ticarət ördək fermasında “yüksək patogen quş qripi (HPAI) H5N9” variantı aşkar edilib.
119 min heyvan məhv edilib
Hesabatda mənbəsi məlum olmayan bu epidemiyanın yanvarın 13-də təsdiqləndiyi və sözügedən fermada 119 min ev quşunun məhv edildiyi bildirilib.
ABŞ-da heyvanlar arasında yayılmış H5N1 quş qripi variantı da fermada qeydə alınıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, ABŞ heyvan sağlamlığı orqanlarının epidemiyaya cavab olaraq “geniş epidemioloji araşdırmalar” apardığını və nəzarəti artırdığını söylədi.
Səhiyyə mütəxəssisləri quş qripinin insanlar üçün potensial pandemiya təhlükəsi yaratdığı barədə həyəcan təbili çalmağa davam edir.
ABŞ-da inəklər arasında yayılmağa və insanlara yoluxmağa başlayan quş qripi mutasiya əlamətləri göstərir.
Alimlər narahatlıqlarını ifadə ediblər ki, əgər insan həm quş qripinə, həm də mövsümi qripə yoluxursa, quş qripi virusu mutasiyaya uğrayaraq insanlardan insanlara keçə bilər və potensial olaraq insan pandemiyasına səbəb ola biler.
Nuranə Məmmədova