Amerikalı milyarder İlon Mask özünün X mikrobloqunda sorğu keçirərək sosial şəbəkə istifadəçilərindən ABŞ prezidentliyinə iki namizəddən hansına səs verəcəklərini soruşub.
Elchi.az xəbər verir ki, Mask onlayn sorğusunda sosial şəbəkə istifadəçilərindən “Siz kimə səs verəcəksiniz?”,– deyə soruşub.
Sorğunun son nəticələrinə əsasən, keçmiş prezident, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp sosial şəbəkədə səslərin 76 faizini toplayaraq irəlidədir.
ABŞ-ın vitse-prezidenti Kamala Harris isə müvafiq olaraq təxminən 24 faiz səs toplayıb.
Yeganə