İlon Mask qarşıdakı onillikdə insanların beyninə milyonlarla Neuralink çipini yerləşdirməyə ümid etdiyini söylədikdə narahatlıq və mübahisələrə səbəb oldu. Hər zaman çılğın layihələri ilə gündəmdə olan Maskın ‘robot insan’ dizayn etdiyi iddiaları hətta elm dünyasını da iki yerə bölüb.
Elchi.az xəbər verir ki, məşhur texnoloji milyarder iş adamı İlon Mask ötən gün bildirib ki, qarşıdakı on il ərzində insanların beyninə milyonlarla Neuralink çipləri yerləşdirməyə ümid edir.
Mask sosial media hesabındakı paylaşımında, “Hər şey yaxşı getsə, bir neçə ildən sonra yüzlərlə insan, beş ildən sonra bəlkə on minlərlə, 10 ildən sonra milyonlarla insan Neuralink-ə sahib olacaq” dedi. Bundan əlavə, Maskın sözlərinə görə, gələcəkdə musiqi birbaşa beyinə ötürülə biləcək və işıq spektrinin yeni hissələrini görmək üçün görmə yaxşılaşacaq. Maskın bir gün texnologiyanın süni intellektlə birləşərək insan performansını artırmağa imkan verəcəyi iddiası “insan zehninə nəzarət layihəsi”ni yenidən gündəmə gətirdiyi zaman mübahisələrə səbəb oldu.
Şayəstə Hüseynova