“Ukrayna ABŞ-ın iştirakı olmadan Kremlə hücum əməliyyatını həyata keçirə bilməzdi”.
Alp.az-ın məlumatına görə, bunu açıqlamasında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Peskov deyib ki, Rusiya Federasiyası Prezident Administrasiyasının yerləşdiyi Kremlə pilotsuz uçuş aparatı (PUA) ilə hücum əməliyyatının təşkilində Ukrayna və ABŞ-ın əlinin olmaması ilə bağlı adıçəkilən ölkə rəsmilərinin açıqlamaları gülüş doğurur.
Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsində araşdırma aparılır. Nəticə barədə cavab istintaqın gəldiyi yekun qərardan sonra açıqlanacaq:
“Moskva bilir ki, Ukraynanın Kremilə pilotsuz uçuş aparatı ilə hücum əməliyyatı Vaşinqtonun diqtəsi ilə həyata keçirilib. Biz bilirik ki, bu əməliyyatda birbaşa ABŞ-da iştirak edib. Kiyev isə ona deyiləni icra edir. Bir çox hallarda Kiyevin seçim imkanı da olmur. Vaşinqton bilməlidir ki, biz baş verənlərlə bağlı bunları bilirik”.
Alp Xəbər