image-russia_ukraine_webinar_imagebackend

Ukrayna Rusiya ilə danışıqlara hazırdır 

Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır.

Alp.az xəbər verir ki, APA-nın “Xinhua“ Agentliyinə istinadən xəbərinə görə, bunu Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə bildirib.

Onun sözlərinə görə, aparılacaq müzakirələr rasional və əməli nəticələrə malik olmalıdır.

Qeyd edək ki, ötən həftə Ukraynanın prezidenti Vladimir Zelenski də rəsmi Moskva ilə müzakirələrin mümkünlüyü barədə açıqlama verib.

V. Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə istənilən vaxt görüşməyə hazırdır.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki