Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün 1 milyard NOK (93.2 milyon ABŞ dolları) dəyərində əlavə maddi yardım ayırıb.
“Poliqon” xəbər verir ki, bunu Norveçin Baş naziri Conas Qahr Störe açıqlayıb.
Onun sözlərinə görə, Norveç Almaniya ilə birlikdə cari ilin payızında Ukraynaya IRIS-T zenit-raket kompleksinin (ZRK) tam təchizatlı bir batareyasını bağışlayacaq.
Qeyd edilib ki, Norveç yeni HHM sistemlərinin alınması ilə yanaşı, Ukraynanın hava hücumundan müdafiə avadanlıqlarının təmiri və texniki xidməti üçün də vəsait ayırır.