image-44-pic_32ratio_900x600-900x600-42065backend

Şolts Ukraynanın NATO-ya üzvlüyündən danışıb

Şolts uzun mənzilli silahları Ukraynaya ötürməkdən və onu NATO-ya qəbul etməkdən imtina etdi.
Elchi.az xəbər verir ki, Almaniyanın federal kansleri Olaf Şolts müxalifətdə olan CDU/CSU blokundan bu vəzifə uğrunda rəqibi Fridrix Merzlə teledebat zamanı Avropanı münaqişəyə cəlb etməmək üçün Ukraynaya uzaqmənzilli silahlar verməkdən imtina edib və respublikanın NATO-ya üzvlüyünə qarşı çıxıb. “Ukrinform” buna diqqət çəkib.
“Biz Ukraynaya güclü orduya sahib olmaqda kömək etməliyik, çünki onun iqtisadiyyatı müdafiə üçün lazım olan böyüklükdə ordunu maliyyələşdirə bilmir. Bu, bizim razılaşdığımız təhlükəsizlik zəmanətləri ilə vacib olan ilk şeydir” dedi Şolts.
Eyni zamanda, o, “müharibənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsini təmin etmək” üçün Ukraynaya uzaqmənzilli silahların verilməsinin əleyhinə çıxış edib.
NATO üzvlüyünə təhlükəsizlik zəmanəti kimi toxunan Şolts qeyd edib ki, “Amerika hökuməti bunu rədd edir” və o, indiki vəziyyətdə belə bir variant görmür.
Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev bir müddət əvvəl bəyan etmişdi ki, alman partiyaları guya seçki kampaniyası zamanı Rusiyadan gələn təhlükəni lazımi səviyyədə qiymətləndirmirlər. O hesab edir ki, Rusiya “artıq Avropaya və ilk növbədə Almaniyaya qarşı müharibə aparır”.
Bununla bağlı o, Ukraynanı mümkün qədər dəstəkləməyə və yardımı heç bir çərçivədə məhdudlaşdırmamağa çağırıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki