image-47backend

Bloomberg“: Böyük Britaniya və Fransa 37 ölkəni Ukrayna ilə bağlı koalisiyaya cəlb etməyə çalışır 

“Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron istəklilərin koalisiyasının yaradılmasına 37 ölkəni cəlb etmək istəyirlər”.

Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik aydınlaşdırır ki, qondarma koalisiya Ukraynada sülhməramlılar yerləşdirməyə və Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazır olan dövlətlər qrupudur.

“Starmer və Makron 37 ölkə ilə sülh razılaşması əldə olunarsa, Ukraynada “istəklilər koalisiyası” yaratmaq üçün müzakirələr aparır”, – “Bloomberg” bildirib.

Agentliyin məlumatına görə, söhbət Avropa, Britaniya Millətlər Birliyi və Asiya ölkələrindən gedir. Mənbələr bildiriblər ki, bəzi NATO üzvü olmayan ölkələr, o cümlədən Yaponiya, Avstraliya və Yeni Zelandiya danışıqlara qoşulub.

Adı açıqlanmayan Britaniya rəsmiləri nəşrə bildiriblər ki, koalisiyaya qoşulmaq istəyən hər bir dövlətdən hansı təhlükəsizlik təminatlarını verməyə hazır olduğu soruşulur. Əgər ölkələrdən biri Ukraynaya sülhməramlılar göndərməkdən imtina edərsə, o zaman onlara öz qüvvələrini Ukrayna ilə qonşu ölkələrdə yerləşdirmək, həmçinin hərbi gəmilər, təyyarələr, tanklar və ya kəşfiyyat məlumatları təqdim etmək təklif olunur.

Nəşr onu da bildirir ki, Starmer martın 15-də Ukraynadakı vəziyyəti müzakirə etmək üçün liderlər səviyyəsində onlayn keçiriləcək ikinci görüş keçirəcək.

Martın 2-də Londonda hərbi koalisiyanın yaradılmasına həsr olunmuş sammit keçirilib. Britaniya baş nazirinin sözlərinə görə, koalisiya münaqişə həll olunandan sonra Ukraynanın təhlükəsizliyini təmin edəcək.

Starmer əmin edib ki, Ukrayna razılaşmasını müdafiə etmək və sülhə zəmanət vermək istəyənlərin koalisiyasının yaradılması üçün hər şey ediləcək. O, həmçinin qeyd edib ki, Avropa ölkələri ABŞ-ın dəstəyi olmadan Kiyevə təhlükəsizlik zəmanəti verə bilməyəcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Rusiya NATO kontingentinin Ukraynada olmasına dözməyəcək, bu, Rusiya Federasiyasına qarşı müharibə kimi qiymətləndiriləcək. Lavrov qeyd edib ki, bu məsələdə güzəştə yer yoxdur. Onun sözlərinə görə, Ukraynada guya sülhməramlı qüvvələrlə bağlı müzakirələr açıq düşmənçilik məqsədi ilə aparılır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki