Milyarder iş adamı və ABŞ Prezidenti Donald Trampın baş müşaviri İlon Mask, Ukrayna ordusuna peyk internet xidmətləri göstərən Starlink-in bağlanması ilə bağlı açıqlamalarını tənqid edən Polşa xarici işlər naziri Radoslav Sikorskiyə “Sakit ol, balaca adam” dedi.
Elchi.az xəbər verir ki, Ukraynaya Starlink peyk internet xidmətləri göstərən Musk X sosial media hesabında “Mənim Starlink sistemim Ukrayna ordusunun onurğa sütunudur. Onu bağlasam, bütün cəbhə xəttləri çökəcək” yazıb.
Mask Ukraynanın “mütləq uduzacağını” iddia edərək, müharibədən əl çəkməyə çağırıb.
İlon Maskın yazısına cavab verən Sikorski, Polşanın Ukraynanın Starlink sistemi üçün ildə təxminən 50 milyon dollar ödədiyini xatırladaraq, “SpaceX etibarsız bir təchizatçı olduğu ortaya çıxarsa, başqa təchizatçılar axtarmalı olacağıq” dedi.
Sikorskinin paylaşımına reaksiya verən Mask, “Səssiz ol, balaca adam. Sən xərcin cüzi bir hissəsini ödəyirsən. Və Starlink-in əvəzi yoxdur” fikrini bölüşdü.
Şayəstə Hüseynova