image-6e7766d8-8616-3afc-a37b-206695ff66f1_850backend

Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc olunub

Azərbaycanın BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, Xocalıda törədilmiş cinayətlər təsadüfi deyil, əksinə, etnik və dini nifrət və dözümsüzlük zəminində həyata keçirilən geniş, sistemli siyasətin tərkib hissəsidir: “Ağır cinayətlərə görə məsuliyyət mütləq və qaçılmazdır. Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi heç vaxt unutmayacaq”.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki