image-6f653e0a-3e91-3267-9ef3-b93e7bb950a6_850backend

Kanada ABŞ-nin polad və alüminium tarifləri ilə bağlı ÜTT-yə şikayət edir

Kanada hakimiyyəti ABŞ-nin polad və alüminiuma tətbiq etdiyi tariflərlə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

Elchi.az xəbər verir ki, bu barədə qurumun saytında yerləşdirilmiş məlumatda deyilir.

Mətndə bildirilib ki, Kanada ÜTT-dən ABŞ-nin Kanadadan müəyyən növ polad və alüminium məhsullarına idxal rüsumları tətbiq etməsi ilə bağlı Vaşinqtonla mübahisəsi ilə bağlı məsləhətləşmələr aparmağı xahiş edib.

Qeyd edək ki, martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən, demək olar ki, bütün məhsullara 25 % gömrük rüsumları tətbiq edib, həmçinin Çindən gələn mallara rüsumları 10 %-dən 20 %-ə qaldırıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki