Britaniya Antarktika Tədqiqat İnstitutu buzlaqlar olmadan Antarktidanın necə görünəcəyini göstərən ən ətraflı xəritəni hazırlayıb.
Elchi.az xəbər verir ki, Britaniya Antarktika Tədqiqat İnstitutundan verilən açıqlamaya görə , 60 illik hava fotoşəkilləri, peyk görüntüləri, gəmilərin müşahidələri və it çəngəlləri ilə edilən səyahətlərdən əldə edilən məlumatlar İnstitutun apardığı araşdırma çərçivəsində və beynəlxalq tədqiqatçıların iştirakı ilə toplanıb. Aparılan işlər nəticəsində 27,1 milyon kubmetr buz qatının götürüldüyü Antarktidanın təsviri yaradılıb, yüksək dağlar, dərin kanyonlar və əvvəllər məlum olmayan bəzi nöqtələr aşkarlanıb.
“Bedmap3” adlanan xəritə, əvvəllər güman edilənlərin əksinə olaraq, Fransanın Adelie Torpaqındakı Astrolabe hövzəsində 4700 metr hündürlüyündə ən qalın buzlaq təbəqəsinin olmadığını da ortaya qoydu.
Xəritə, Avstraliyanın Wilkes Land bölgəsindəki adı açıqlanmayan kanyonun ən qalın buz təbəqəsinə sahib olduğunu, buzlaq qalınlığının 4757 metr olduğunu ortaya qoydu.
Bütün buzlaqlar ərisə, dəniz səviyyəsinin 58 metr qalxacağı gözlənilir
2001-ci ildən bəri buzaltı torpaqların xəritələşdirilməsi üçün hazırlanmış üçüncü və ən əhatəli xəritə olan Bedmap3, əvvəlki xəritədən demək olar ki, iki dəfə çox olan 82 milyon məlumat nöqtəsindən istifadə etdi.
Bu məlumatlara görə, qitənin buzlaq həcmi 27,1 milyon kub kilometr, buzlaq sahəsi isə 13,6 milyon kvadrat kilometrdir.
Hesablamalara görə, orta buzlaq qalınlığının təqribən 2 kilometr olduğu qitədəki bütün buzlaqlar ərisə, dünyanın dəniz suları 58 metr qalxacaq.
Xəritəni yaradan tədqiqatçılardan biri Peter Fretwell araşdırma ilə bağlı açıqlamasında Antarktidanın bilindiyindən daha həssas olduğunu söylədi.
İsti okean axınlarının buzlaqların ərimə riskini artırdığına diqqət çəkən Fretvel, “Ümumilikdə Antarktika buz təbəqəsinin əvvəllər bildiyimizdən daha qalın olduğu və dəniz səviyyəsindən aşağıda bir qaya yatağının üzərində oturan böyük həcmdə buzun olduğu ortaya çıxdı”,- deyə qiymətləndirmə aparıb.
Nuranə Məmmədova