image-screenshot-19-1backend

Alimlər dünyanın ilk ultra həssas və çevik “ammiak sensoru” hazırlayıblar

Koreya Material Elmləri İnstitutunun (KIMS) tədqiqatçıları aşağı temperaturda sintez edilmiş mis bromid (CuBr) filmindən istifadə edərək dünyanın ilk ultrahəssas və yüksək çevik ammonyak sensorunu hazırlayıblar .

Elchi.az xəbər verir ki,  Koreya Material Elmləri İnstitutunun Enerji və Ətraf Mühit Materialları Tədqiqat Departamentindən Dr. Jongwon Yoon, Dr. Jeongdae Kwon və Dr. Yonghoon-un rəhbərlik etdiyi tədqiqat qrupu mis bromid (CuBr) filmindən istifadə edərək dünyada ilk ammonyak (NH₃) qaz sensorunu hazırlayıb.

Yeni nəsil CuBr əsaslı sensor yüksək həssaslıq və seçicilik təqdim etməklə yanaşı, istehsal asanlığı və dəyəri ilə də diqqət çəkir. Ətraf mühitin monitorinqi, sənaye təhlükəsizliyi və tibbi diaqnostika kimi bir çox sahədə istifadə oluna bilən bu sensor havadakı az miqdarda ammonyakı belə aşkar edə bilir.
Tədqiqatın rəhbəri Dr.Jongwon Yoon, inkişaf etdirilən texnologiyanın çevik və geyilə bilən elektron cihazlara inteqrasiya oluna biləcəyinə diqqət çəkərək, “Bu sensor qapalı havanın keyfiyyətinin monitorinqindən tutmuş şəxsi sağlamlığın monitorinqinə qədər bir çox sahədə istifadə edilə bilər. Xüsusilə, insan orqanizminə inteqrasiya oluna və nəfəs analizi ilə xəstəliklərin diaqnozunu mümkün edə bilər” deyib.
Yeni sensor texnologiyasının gələcəkdə daşına bilən sağlamlıq cihazlarından tutmuş ağıllı ev sistemlərinə qədər bir çox tətbiqdə istifadə oluna biləcəyi ifadə edildi.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki