image-6801f80996bbe6801f80996bbf17449594976801f80996bbc6801f80996bbdbackend

Fransanın XİN başçısı Aİ-dən olan həmkarlarının mayın 9-da Kiyevə gedəcəyini açıqlayıb

Mayın 9-da Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirləri “Avropa Günü” münasibətilə Kiyevə səfər edəcək.

Elchi.az-ın xəbərinə görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “LCI” telekanalının efirində deyib.

O bildirib ki, əsas məqsəd Ukrayna ilə həmrəyliyin nümayiş etdirilməsidir:

“Həmin gün Putin Moskvada böyük şənlik keçirilməsini planlaşdırır. Bu, onlar üçün qələbə günüdür. Bizim üçün isə 9 may tarixi Ukrayna ilə həmrəylik günü olacaq”.

Qeyd edək ki, bir qədər əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mayın 9-da Moskvaya səfər edəcək şəxslərin bu səfərin nəticələrinə qatlanmalı olduğu barədə bəyanat verib.

K. Kallas ittifaqa üzvlüyə namizəd olan ölkələrə müraciətində təmsil etdiyi qurumun Moskvadakı hərbi paradda iştirak məsələsini gözardı etməyəcəyini bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki