“The Wall Street Journal” (WSJ) yazır ki, Avropa ABŞ-ın köməyi olmadan Rusiyaya müqavimət göstərə və onun təhlükəsizliyini təmin edə bilməyəcək.
Elchi.az xəbər verir ki, qəzetin materialından belə görünür ki, Avropa ölkələrinin ordularında strateji aviasiya, hava hücumundan müdafiə sistemləri, eləcə də kəşfiyyat və idarəetmə imkanları yoxdur.
“WSJ” qeyd edir ki, bu funksiyaların əhəmiyyətli bir hissəsini ABŞ yerinə yetirir.
Bundan əlavə, Avropada silah istehsalının artırılması tempi yetərli deyil və Ukraynaya xeyli miqdarda texnika ötürülüb. NATO-nun baş katibi Mark Rutte daha əvvəl qeyd edib ki, Avropa müdafiə sənayesi çox parçalanmış və ləngdir.
Nəşr onu da qeyd edir ki, NATO-nun Ukrayna sərhədləri yaxınlığında genişmiqyaslı təlimlərinə və Avropa ölkələrinin hərbi xərclərini artırmasına baxmayaraq, ABŞ-ın dəstəyi olmadan alyansın müdafiə məqsədlərinə çatması çətin olacaq. Belə ki, fevral ayında 10 minə yaxın NATO əsgəri Ukrayna sərhədi yaxınlığında manevrlərə cəlb edilib, ABŞ isə təlimlərdə iştirak etməyib.
“Bu kontekstdə Avropada Amerikanın iştirakı olmadan təhlükəsizliyi təmin etmək qabiliyyətinə dair şübhələr artır, lakin region ölkələrinin orduları Amerika texnologiyası və komandanlığından asılı olaraq qalır”,-“WSJ” belə qənaətə gəlir.
Yeganə