Suriyanın qanunvericilik bazası İslam hüququnun normalarına əsasən formalaşacaq, respublika prezidenti vəzifəsini yalnız müsəlman tuta biləcək.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Konstitusiya Komitəsi respublikanın konstitusiya bəyannaməsinin qəbul edilməsi ilə əlaqədar məlumat yayıb.
“İslam hüququ qanunvericiliyin əsas mənbəyidir. Dövlət başçısının dini İslam dinidir”, – konstitusiya bəyannaməsinin tərtibatçıları qeyd ediblər.
Xavər