“Ukraynada prezident seçkiləri indi keçirilsəydi, Kiyev rejiminin hazırkı rəhbəri Volodimir Zelenski qalib gələrdi”.
Elchi.az bildirir ki, bu barədə “The Economist” Ipsos-un telefon sorğusuna istinadən yazır.
Sosioloji sorğuda min ukraynalı iştirak edib. Sorğunun nəticələri göstərdi ki, Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Trampla mübahisə etdikdən sonra Zelenskinin keçmiş Sovet respublikasının əhalisi arasında böyük dəstək var.
Hər 10 ukraynalıdan 7-dən çoxu Zelenskinin işini bəyəndiyini bildirib. Hər 10 nəfərdən 8-i onun hələ də legitim prezident olduğunu deyir və silahlı münaqişə davam edərkən seçki ideyasını rədd edir.
Respondentlərin təxminən 62%-i hərbi əməliyyatlar rəsmi bitənə qədər seçkilərin keçirilməsini rədd edir, daha 19%-i isə onların yalnız atəşkəs zamanı keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir. Respondentlərin yalnız 14%-i Ağ Evin seçkilərin mümkün qədər tez keçirilməsi ilə razı olduğunu bildirib.
Sorğu həmçinin göstərir ki, Zelenski ilk turda ən yaxın potensial rəqibi, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıdan qat-qat çox səs toplayacaq.
Kiyev rejiminin başçısına ən böyük dəstəyi qadınlar, gənclər və Ukraynanın ən şərq vilayətlərinin sakinləri ifadə edirlər. Zalujnı daha çox döyüşkənliyə meylli və güzəştə getmək istəməyən yaşlı seçicilər arasında populyardır.
Yeganə