Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Rusiya ərazisi üzərində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.
Elchi.az xəbər verir ki, nazirlik açıqlamasında bildirib ki, Ukrayna ordusu gecə boyu PUA-larla Rusiya ərazisinə hücum edib.
Açıqlamada 337 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 91-nin Moskva, 126-nın Kursk, 38-inin Byransk, 25-inin Belqorod, 22-nin Ryazan və 10-unun Kaluqa bölgələri üzərində vurulduğu bildirilib.
Moskva meri Sergey Sobyanin gecə saatlarında başlayan dron hücumlarının hələ də davam etdiyini bildirib.
Ukrayna müharibəsi başlayandan bəri paytaxt Moskvaya edilən ən intensiv hücumda 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.
Şayəstə Hüseynova