Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ukraynalılar çətin ki, atəşkəslə razılaşsınlar və Moskvadan imtina gözləyirlər.
Elchi.az xəbər verir ki, Belarus lideri cümə axşamı Rusiya-Belarus danışıqlarının getdiyi Moskvaya gəlib.
“Əgər bu, atəşkəsdirsə, o deməkdir ki, hər şey donub və heç bir hərəkət yoxdur, lakin çox güman ki, ukraynalılar buna razı olmayacaqlar”, – Lukaşenko Putinlə görüşdə deyib.
Belarus rəhbəri qeyd edib ki, Ukrayna 30 günlük atəşkəsə razı olmayacaq, çünki o, xaricdən silah tədarükünü dayandırmalı olacaq.
Ciddədə ABŞ nümayəndə heyəti ilə görüşdən sonra Kiyev Vaşinqtonun təklifini qəbul etməyə və xüsusi əməliyyat zonasında 30 gün ərzində atəşi dayandırmağa hazır olduğunu açıqlayıb.
Yeganə