image-turk-e1674776554526backend

BMT Suriyadakı hadisələri araşdırmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, Suriya sahillərindəki “hücumlar” nəticəsində mülki vətəndaşların ölüm hallarının dərhal dayandırılması və Dəməşq rəhbərliyinin hadisələrin sürətlə araşdırılmasına çağırıb.
Elchi.az xəbər verir ki,  Volker Türk Suriyada şiddətin artması ilə bağlı yazılı açıqlama verib.
“Suriyanın şimal-qərb sahillərində dinc əhalinin öldürülməsi dərhal dayandırılmalıdır”. Türk qeyd edib ki, keçmiş rejim ünsürləri və digər yerli silahlı ünsürlərin koordinasiyalı hücumları nəticəsində öldürülən qadınların, uşaqların, döyüşçü olmayan qrupların və ailələrin son dərəcə narahatedici xəbərlər aldığını bildirib.
Türk həmçinin naməlum cinayətkarlar, müvəqqəti hökumət orqanlarının təhlükəsizlik qüvvələri və devrilmiş Bəşər Əsəd rejimi ilə əlaqəli ünsürlər tərəfindən məzhəb zəmində öldürülməsi barədə məlumatların olduğunu bildirib.
Müvəqqəti hökumət rəsmilərinin qanuna hörmət çağırışı ilə bağlı bəyanat verdiklərini xatırladan Türk, “Suriyalıların müdafiəsi üçün bütün lazımi tədbirlərin görülməsi və bunlar baş verdikdə cavabdehliyin təmin edilməsi də daxil olmaqla, sürətli addımlar atılmalıdır. Bütün ölümlər və digər pozuntularla bağlı dərhal, şəffaf və qərəzsiz araşdırmalar aparılmalı, məsuliyyət daşıyanlar beynəlxalq hüquq normaları və terror təşkilatı standartlarına uyğun olaraq məsuliyyət daşımalıdır” – deyə qiymətləndirmə aparıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki